Şikəst qadının fotosu ilin qalibi oldu

2010-ci il World Press Photo müsabiqəsinin qalibi CAR-dan fotoqraf Djodi Biber olub. “Reuters”ə istinadən verilən xəbərə görə, qələbəni ona öz əriylə boşanmağa cəhdə görə üzü bərbad hala salınmış 18-yaşlı əfqan qadınının “Time” jurnalı üçün hazırlanmış şəkili qazandırıb.

Advertisements

Bir şərh yazın

“Coca Cola” şirkətinin reklamı qadağan olunub

“Coca Cola” şirkətinin Vitamin Water içkisinin reklamı qadağan edilib.

Bu içki növlərindən birində 500 ml şüşədə 30 qram şəkərin olduğu bildirilib.

“Coca-Cola” mənsubları bildiriblər ki, içkidəki şəkərin həcmi 23 qramdır, yəni “əhəmiyyətli dərəcədə az.”
“Qidalandırıcı” sözünü müdafiə edən “Coca Cola” onlarda dörd B vitamininin gündəlik tövsiyyə edilən həcminin 25 faizinin olduğunu bildirib.
Eləcə də, şirkətin dediyinə görə, içkilərdə gündəlik vitamin C dozasının 100% var.
Lakin şikayətlərə baxan ASA bildirir ki, istehlakçılar qidalandırıcı sözünü içkidə bədəni sağlam saxlamaq üçün tələb olunan tərkib elementlərinin olması kimi başa düşə bilərlər.
“Lakin onlar içkidə 4-5 çay qaşığı şəkərin olmasını bilməyə bilər.”
Buna görə reklama hazırkı formada təqdim edilmək qadağan olunub.

Bir şərh yazın

Ən yaxşı beşlik

Milli.Az xəbər portalı “Guardian”a istinadən bildirir ki, nüfuzlu “Laptop Magazine ” jurnalı bu il ən çox satılacağı gözlənilən telefon modellərinin reytinqini açıqlayıb. Mütəxəssislər onları “ən ağıllı telefonlar” hesab edirlər. Bu il ən çox satılacağı gözlənilən 46 modeldəki smartfon arasında ən yaxşı beşlik belədir:

  1. HTC Evo 4G
  2. Samsung Epic 4G

3. Apple iPhone 4
4. T-Mobile myTouch 4G
5. Motorola Droid X

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: